Sabah Azərbaycanın əksər bölgələrində sulu qar və qar yağacağı gözlənilir

Sabah Azərbaycanın əksər bölgələrində sulu qar və qar yağacağı gözlənilir
# 23 noyabr 2014 16:52 (UTC +04:00)

Bakı-APA. Sabah Azərbaycanın əksər bölgələrində sulu qar və ya qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın bölgələrində isə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR