Türkdilli ölkələrin təhsil nazirləri ADA Universitetində tələbələrlə görüşüblər

Türkdilli ölkələrin təhsil nazirləri ADA Universitetində tələbələrlə görüşüblər
# 28 noyabr 2014 15:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. ADA Universitetində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin bir qrup tələbə ilə görüşü keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova və digərləri iştirak ediblər.

Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqlara bu ali təhsil müəssisəsinin yaradılması, əldə edilmiş nailiyyətlər və gələcək planlara dair məlumat verib, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşü, onun əhəmiyyəti və qəbul olunan qərarların vacibliyi barədə fikirlər açıqlanıb.

Görüşdə tələbələrin türkdilli dövlətlərlə mümkün mübadilə və təhsil proqramları, eləcə də digər məsələlərlə bağlı sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR