Bakıda əlil və şəhid ailələri üçün yeni çoxmənzilli yaşayış binasının inşasına başlanılıb

Bakıda əlil və şəhid ailələri üçün yeni çoxmənzilli yaşayış binasının inşasına başlanılıb
# 03 oktyabr 2014 09:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakı şəhərinin Nizami rayonunda ölkənin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün 12 mərtəbəli 96 mənzilli yaşayış binasının inşasına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış evləri inşa etdirilir.

Bu il ərzində ƏƏSMN-nin sifarişi ilə ölkənin müxtəlif regionlarında inşa olunmuş binalarda ümumilikdə 172 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib. Eyni zamanda, Azərbaycan prezidentinin sərəncamına əsasən 2014-cü ilin yanvarın 1-dək mənzil növbəsinə götürülmüş Azərbaycan müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR