Azərbaycanda POS-terminalların sayı 3% artıb

Azərbaycanda POS-terminalların sayı 3% artıb
# 08 sentyabr 2014 11:56 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Cari ilin avqust ayının 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 53 988 ədəd olub ki, bunun 37 189-u Bakı şəhərində, 16 799-u isə regionlarda yerləşir.

APA-Economics”in xəbərinə görə, keçən ay ilə müqayisədə POS-terminalların sayında 3,01% artım müşahidə olunub.

Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş plastik kartlarının sayı keçən aya nisbətən 2,93% azalaraq 5 827 minə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR