İFC “Rabitəbank”a daxili audit və risklərin monitorinq sisteminin təkmilləşdirilməsində texniki yardım göstərəcək

İFC “Rabitəbank”a daxili audit və risklərin monitorinq sisteminin təkmilləşdirilməsində texniki yardım göstərəcək
# 12 noyabr 2014 07:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Rabitəbank” və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında müqavilə imzalanıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, sənəd “Rabitəbank” və İFC ilə daxili audit və risklərin monitorinq sisteminin təkmilləşdirilməsi layihəsi çərçivəsində imzalanıb.

Layihə çərçivəsində İFC “Rabitəbank”a qeyd olunan sahədə texniki yardım göstərəcək.

“Rabitabank” 1997-ci ildən İFC, həmçinin İslam İnkişaf Bankı (ICD), 2006-cı ildən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 2008-ci ildən isə ABŞ-ın World Business Capital ilə başlayan əməkdaşlığı davam etdirilir.

1993-cü ildə əsası qoyulan “Rabitəbank” hazırda Azərbaycanda mikro və kiçik biznesə kreditlərin verilməsi sahəsində aparıcı banklardan biridir. Bank, 22 filial və 2 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 16 regionunu əhatə edir. “Rabitəbank”ın 2014-cü ildə Xırdalan və Masallı şəhərində daha iki filialı açılıb.

Hazırda “Rabitəbank”ın 450 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti 50 min yaxın şirkət və fiziki şəxslərdən ibarət müştəriyə xidmət göstərir.

Bu ilin sentyabr ayının 30-na bankın aktivləri 260 mln. manat, müştərilərə verilən kreditlər 199,8 mln. manat, depozitlər 176 mln. manat, məcmu kapitalı 55 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR