Azərbaycana gətirilən avtomobillərin sayı bir ildə 36% azalıb

Azərbaycana gətirilən avtomobillərin sayı bir ildə 36% azalıb
# 15 sentyabr 2014 12:56 (UTC +04:00)

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 950 avtomobil və ya 35,6% azdır.

Ötən iyul ayı ilə müqayisədə isə ölkəyə avtomobil idxalı 4 938 ədəd və ya 12,8% artıb. Belə ki, ölkəyə gətirilən avtomobillərin 214 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 39 198 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3 575 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 289 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR