Syerra Leonedə daha bir həkim “Ebola” xəstəliyinin qurbanı olub

Syerra Leonedə daha bir həkim “Ebola” xəstəliyinin qurbanı olub
# 18 noyabr 2014 23:57 (UTC +04:00)

Bakı-APA. “Ebola” xəstəliyinin tüğyan etdiyi Syerra Leonedə sayca yeddinci həkim təhlükəli virusun qurbanı olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Fritaun şəhərindəki “Hastings Treatment Center” xəstəxanasından bildirilib.

“Həkim Maykl Karqbo bu gün səhər saatlarında keçinib”, deyə xəstəxananın nümayəndəsi bildirib.

Məlumata görə, Karqbo ixtisasca dermatoloq olub və “Ebola”ya yoluxmuş xəstələrlə birbaşa təmasda olmayıb. Onun hansı şəraitdə virusa yoluxduğu məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR