Evində 42 kq qızıl tapılan Ukraynanın sabiq energetika naziri beynəlxalq axtarışa verilib

Evində 42 kq qızıl tapılan Ukraynanın sabiq energetika naziri beynəlxalq axtarışa verilib
# 02 avqust 2014 11:19 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İnterpol Ukraynanın sabiq energetika və kömür sənayesi naziri Eduard Stavitski barəsində beynəlxalq axtarış elan edib.


APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Stavitski barədə məlumat İnterpolun rəsmi saytına yerləşdirilib.

Stavitski dövlət vəsaitinin mənimsənilməsində və səlahiyyətlərindən sui-istifədədə ittiham olunur. Eyni zamanda, onun bu əməlləri mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir törətdiyi bildirilir.

Xatırladaq ki, bu ilin aprelində Ukrayna Təhlükəsizlik Xidməti Stavitski barəsində axtarış elan edib. Stavitskinin evində aparılmış axtarış zamanı 42 kq qızıl, 4,8 milyon dollar pul və xeyli sayda daş-qaş aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR