Sutka ərzində atəşkəs rejimi 12 dəfə pozulub

Sutka ərzində atəşkəs rejimi 12 dəfə pozulub
# 15 oktyabr 2014 08:12 (UTC +04:00)

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR