Azərbaycanda yeni dövlət standartı təsdiq edilib

Azərbaycanda yeni dövlət standartı təsdiq edilib
# 06 avqust 2014 14:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS İSOİEC 17024-2014 “Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər” dövlət standartını təsdiq edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu standart heyətin sertifikatlaşdırılmasını aparan təşkilatlar üçün ümumi qəbul edilmiş tələblərin əldə edilməsi və yayılması məqsədilə hazırlanıb.

Yeni standart heyətin sertifikatlaşdırılması üzrə orqanların və onların istifadə etdikləri sertifikatlaşdırma sxemlərinin ardıcıl, tutuşdurulan və etibarlı işinə zəmanət verən tələbləri müəyyən edir. Bu standartın tələbləri heyətin sertifikatlaşdırılma sxemlərini realizə edən orqanlara verilən əsas tələblər kimi xarakterizə olunur.

Sözügedən normativ sənəddə sertifikatlaşdırma prosesi, sertifikatlaşdırma üzrə orqanın heyətinə tələblər və digər məlumatlar yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR