Mingəçevirdə evdə yanğın olub

Mingəçevirdə evdə yanğın olub
# 09 avqust 2014 16:47 (UTC +04:00)

Mingəçevir. Zahid Abışov - APA. Mingəçevir şəhərində fərdi yaşayış evində güclü yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə , hadisə səhər saatlarında şəhərin Yaşar Muradov küçəsi, ev- 50 ünvanında qeydə alınıb. Salahov Ruslan Nizami oğluna məxsus birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə güclü yanğın baş verib. Yanğının söndürülməsinə Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümumi sahəsi 225 kv.m olan evin tavanın 130 kv.m sahəsi və 70 kv.m sahəsi olan aynabənd yansa da, yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın mətbəxdən başlayıb və sürətli şəkildə evi bürüyüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR