Bakı-Qazax yolunda avtobus piyadanı vuraraq öldürüb

Bakı-Qazax yolunda avtobus piyadanı vuraraq öldürüb
# 09 sentyabr 2014 15:33 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən piyadanı - Ucar rayonunun Ənvər Məmmədxanlı kənd sakini, 22 yaşlı Yusif Güloğlan oğlu Qasımovu “PAZ” markalı avtobus vurub. Ağır bədən xəsarətləri alan Yusif Qasımov Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi və avtobus sürücüsünün şəxsiyyəti hələlik məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR