Əcnəbi vətəndaşlara qarşı quldurluq edən şəxslərin məhkəməsi başlayıb

Əcnəbi vətəndaşlara qarşı quldurluq edən şəxslərin məhkəməsi başlayıb
# 15 dekabr 2014 08:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbi vətəndaşlara qarşı quldurluq edən şəxslərin məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Təhməz Əliyev, onun yaxın qohumu Nihat Əliyev və İlqar Həsənov xarici qonaqları Buzovnadan şəhərə aparacaqlarını deyiblər. Koreyalıları paytaxtın Nəsimi rayonuna gətirəcəklərinə vəd verən tanışları sonda onları qarət etmək qərarına gəliblər. Onlar əcnəbi vətəndaşları bıçaqla hədələyərək 4 ədəd mobil telefon və 1500 dollar alıblar. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR