Azərbaycan prezidenti Oğuzda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayırıb

Azərbaycan prezidenti Oğuzda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayırıb
# 15 avqust 2014 15:40 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-Economics”in məlumatına görə, on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı Oğuz Rayon İcra Hakimiyyətinə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR