Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə «Xəzər dənizi-2015» beynəlxalq müsabiqəsi keçiriləcək

Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə «Xəzər dənizi-2015» beynəlxalq müsabiqəsi keçiriləcək
# 12 noyabr 2014 08:04 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Gələn il Xəzəryanı ölkələrin dəniz piyada bölmələrinin və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə «Xəzər dənizi-2015» beynəlxalq müsabiqəsinin keçirilməsi planlaşdırılır.

APA-nın Rusiyanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən gün Moskvada keçirilmiş MDB Müdafiə Nazirləri Şurasının iclasının yekunları barədə danışan Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sözlərinə görə, «Xəzər dənizi - 2015» beynəlxalq müsabiqəsinin keçirilməsi haqqında razılıq var.

Bununla yanaşı, Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümü tədbirləri çərçivəsində 2015-ci ilin iyul ayında MDB ordularının birinci Hərbi-idman Oyunları da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR