Lənkəranda beynəlxalq avtomobil yolunun tikintisində işləyən yük maşınlarından birində yanğın olub

Lənkəranda beynəlxalq avtomobil yolunun tikintisində işləyən yük maşınlarından birində yanğın olub
# 26 iyul 2014 09:50 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində rayonun Ürgə kəndi ərazisində Ağdam rayon sakini, 1979-cu il təvəllüdlü Nurəddin Valeh oğlu Abbasovun idarə etdiyi “SHACMAN” markalı, 99 BL 067 dövlət nömrə nişanlı yük maşınında qeydə alınıb.

Hadisə yerinə cəlb olunan yanğınsondürənlərin səyləri nəticəsində yanğın lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb, yük maşınının təkərlərindən biri yanaraq sıradan çıxıb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR