Azərbaycanın 10-dan çox rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın 10-dan çox rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 31 oktyabr 2014 08:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Bakının Səbail rayonunun bir hissəsinə, saat 15:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 17:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 18:00-dək isə Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarına, Masallı, Cəlilabad rayonlarının bir hissəsinə, Yevlax rayonunun Marzılı, Yenicə, Xaldan və Hacıselli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR