Liviyada hökumət qüvvələri ilə islamçılar arasında gedən döyüşlər zamanı 180 nəfər ölüb

Liviyada hökumət qüvvələri ilə islamçılar arasında gedən döyüşlər zamanı 180 nəfər ölüb
# 02 avqust 2014 12:55 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Liviyada son bir həftə ərzində hökumət qüvvələri ilə islamçılar arasında gedən döyüşlərdə 180 nəfər ölüb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Liviyan Səhiyyə Nazirliyinin yaydığı açıqlamada deyilir.


Çərşənbə axşamı Benqazidə “Ənsar-əş-Şaria” qruplaşmasının silahlıları general Xəlifə Xəftara tabe olan “Əs-Saika” bölüyünün qərargahını ələ keçiriblər. Bundan sonra xüsusi təyinatlılar əks-hücuma keçib və nəticədə şəhər qızğın döyüş meydanına çevrilib.

Silahlılar Benqazidə “əmirlik” yaratdıqlarını elan etsələr də, əks tərəf bunu təkzib edir və şəhərin tamamilə hökumətin nəzarətində olduğunu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR