Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 25 iyul 2014 07:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün saat 11:00-dan 15:00-dək Nərimanov, saat 12:00-dan 16:00-dək Yasamal, saat 16:00-dək Hacıqabul, saat 18:00-dək Göygöl və Sabunçu, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


“Azəriqaz” İstehsalat Birliyindən “APA –Economics”ə verilən məlumata görə, fasilə qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması, qaz xəttinin mənbəyə birləşdirilməsi və ölçü qovşağının quraşdırılması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR