Moskva. Fərid Əkbərov - APA. Rusiya ABŞ-ın sanksiyalarına cavab vermək haqqını özündə saxlayır.
APA-nın Moskva müxbirinin verdiyi məumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Əgər Vaşinqton Rusiya-ABŞ münasibətlərini çökdürməyə qərar veribsə, bu, onun vicdanına qalıb. Biz bütün dövlətlərlə, o cümlədən ABŞ-la konstruktiv əməkdaşlığa açıq olmuşuq və indi də açığıq. Şantaja dözmək niyyətində deyilik", - deyə bəyanatda vurğulanıb.