Azərbaycandakı kommersiya banklarının xarici borclanmasında artım davam edir

Azərbaycandakı kommersiya banklarının xarici borclanmasında artım davam edir
# 27 noyabr 2014 08:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1017,3 mln. manat və ya 27,77% artaraq 2014-cü ilin noyabrın 1-nə 4 680 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ay ilə müqayisədə isə, xarici öhdəliklərin həcmi 117,6 mln. manat və ya 2,58% artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin noyabrın 1-nə 3 057,3 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 833,6 mln. manat və ya 37,49% çoxdur. Məcmu xarici aktivlərin həcmində ötən ayla müqayisədə oktyabrda 159,3 mln. manat və ya 5,5%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR