Cəlilabad rayonunda baş verən silahlı insidentin iki iştirakçısından xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.
APA-nın cənub bürosunun məlumatına görə, saxlanılan Şahin Həsənova məxsus yaşayış evindən 2 ədəd tüfəng, 2 ədəd əl qumbarası, binokl, 5 barmaq, 1 ədəd avtomat patronu, Səxavət Həsənova məxsus evdən isə 2 ədəd əl qumbarası, eyni zamanda Şahin Həsənova məxsus "Audi Q7" markalı avtomobildən 8 ədəd patron olan "Makarov" tipli tapançanın 1 ədəd darağı aşkar edilərək götürülüb.
Hazırda həmin insidentdə digər şəxslərin iştirakının müəyyən edilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Saat 13:18
***
Cəlilabadda baş vermiş silahlı insidentin daha iki iştirakçısı saxlanılıb. APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Həsənov və onun qardaşı Səxavət Həsənov tutulub.
Qeyd edək ki, bundan əvvəl silahlı insidentin iştirakçısı olan rayon sakini, İlqar Həsənov saxlanılıb. Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Xatırladaq ki, iyunun 7-də Cəlilabad rayon sakinləri olan şəxslər odlu silahdan bir-birinə atəş açıb. Silahlı insident zamanı xəsarət alan olmasa da, "Lexus" markalı avtomobilə və yaşayış evinə ziyan dəyib.