Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsinin Bakıdakı iclasda iştirak edib-etməyəcəyi tam bəlli deyil

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsinin Bakıdakı iclasda iştirak edib-etməyəcəyi tam bəlli deyil
# 25 mart 2014 11:31 (UTC +04:00)


Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Müdafiə Nazirliyi MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin aprelin 7-8-də Bakıda keçiriləcək iclasında Ermənistan nümayəndəsinin iştirakı ilə bağlı məsələyə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin Bakı şəhərində ilk dəfə keçiriləcək iclasında iştirakçıların siyahısı tam müəyyənləşdirilməyib: «Siyahı tam müəyyən olunmadığından Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsinin iclasda iştirak edib-etməyəcəyi tam bəlli deyil».

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin aprelin 7-8-də Bakıda iclasının keçiriləcəyi barədə məlumat yaydıqdan sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri tədbirə bu ölkənin Baş Qərargah rəisinin, daha sonra isə Ermənistanın Moskvadakı hərbi nümayəndəsinin qatılacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR