Ümumdünya Boks Seriyasının finalı Bakıda keçiriləcək

Ümumdünya Boks Seriyasının finalı Bakıda keçiriləcək
# 16 may 2014 13:04 (UTC +04:00)

Bakı – APA. Ümumdünya Boks Seriyasının (WSB liqası) finalı Bakıda olacaq. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, “Baku Fires” və “Cuba Domaderos” komandaları arasında həlledici görüşlər iyunun 6-da və 7-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Bununla bağlı mayın 23-də Bakıda AİBA prezidenti ilə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov arasında müqavilə imzalanacaq.

Qeyd edək ki, komandamız yarımfinalda Qazaxıstanın “Astana Arlans” klubunu, kubalılar isə Rusiya boksçularını məğlub ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR