Tərtərdə oğurluqla məşğul olan həbs olunub - VİDEO

Tərtərdə oğurluqla məşğul olan həbs olunub - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2013 10:17 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.

Tərtər rayon Polis Şöbəsinin müstəntiqi Elvin Kərimov APA-nın Qarabağ bürosuna bildirib ki, saxlanılanlar Goranboyun Qaradağlı kəndində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkünlər Zamanov Yaşar Sahib oğlu və qardaşı Nadir Zamanovdur.

Onlar Tərtərin Mamırlı kənd sakininin 8 baş qoyununu oğurlamaqda təqsirləndirilir.

Saxlanılan qardaşlar etiraf ediblər ki, təkcə Tərtərdə deyil, başqa rayonlarda da iri və xırdabuynuzlu heyvanları oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR