Azərbaycanın daha 5 rayonunda seysmik stansiyalar qurulacaq

Azərbaycanın daha 5 rayonunda seysmik stansiyalar qurulacaq
# 03 iyun 2014 10:56 (UTC +04:00)

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, daha 5 rayonda yeni seysmik stansiyaların qurulması üçün yerlərin seçilməsi ilə bağlı Nazirlər Kabineti qərar verib. Onun sözlərinə görə, yeni seysmik stansiyalar Neftçala, Ağdaş, Tovuz, Daşkəsən və Xızının Giləzi ərazisində (Sumqayıtla Beşbarmaq arasında) olacaq. Q.Yetirmişli qeyd edib ki, bu rayonlarda stansiyaları quraşdırmaqla orada gedən zəif təkanları, prosesləri izləmək mümkün olacaq: “Həmin bölgələrdə aktiv qırılmalar və ya digər məsələlərin həlli, öyrənilməsi önəmlidir. Artıq Daşkəsən, Tovuz və Ağdaşda seysmik stansiyaların qurulacağı yerlər seçilib. Cihazlarla yerlərin tektonikası, geoloji mühitin cihazların işləməsi üçün əlverişli olub-olmaması öyrənilib. Digər 2 rayon da yerlər seçiləndən və bu işlər yekunlaşandan sonra yeni seysmik stansiyalar quraşdırılacaq. Hazırda Azərbaycanda Respublika Seysmoloji Xidmət Mərkəzinin 35 telemetrik seysmik stansiyası fəaliyyət göstərir. Daha 5 rayonda stansiya qurulduqdan sonra onların sayı 40-a çatacaq”.

RSXM-in baş direktoru qeyd edib ki, Azərbaycanda sualtı seysmik stansiyaların quraşdırılması hələlik problem olaraq qalıb. Onların hamısının maliyyə çətinliyi səbəbindən alınmadığını deyən Q.Yetirmişli əlavə edib ki, hazırda bu istiqamətdə layihələndirmə işləri yekunlaşıb və bu il ərzində hökumətə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR