İranla İraq arasında müdafiə sahəsində əməkdaşlıq memorandumu imzalanıb

İranla İraq arasında müdafiə sahəsində əməkdaşlıq memorandumu imzalanıb
# 27 sentyabr 2013 07:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla İraq arasında müdafiə sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, saziş İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general Hüseyn Dehqan və bu ölkədə səfərdə olan İraqın müdafiə naziri Sədun Dəlimi arasında bağlanıb. Müqavilə terrorizmlə mübarizə sahəsində iki ölkə arasında yaxşı və konstruktiv əməkdaşlığı özündə ehtiva edir.

H.Dehqan iki ölkənin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu deyərək, İranla İraq arasında müdafiə sahəsindəki əməkdaşlığın bölgənin təhlükəsizliyinə müsbət təsir edəcəyini bildirib: “İranla İraq bölgədə geopolitik və geostratejik mövqeyə sahibdir. Bu ölkə bölgənin təhlükəsizliyinin balanslaşdırılmasında mühüm rol oynaya bilər”. Onun sözlərinə görə, görüşdə Suriyada böhran, ABŞ başda olmaqla xarici ölkələrin dəstəyi ilə bölgədə yaşanan vətəndaş müharibəsi və ekstremizm kimi mövzular müzakirə edilib.

S.Dəlimi isə öz növbəsində iranlı həmkarı ilə görüşü müsbət və konstruktiv adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR