Azərbaycanda mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşdirilmiş qaydada mühafizəsi, hüquqi qorunması məqsədilə xüsusi sistem yaradılır

Azərbaycanda mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşdirilmiş qaydada mühafizəsi, hüquqi qorunması məqsədilə xüsusi sistem yaradılır
# 16 yanvar 2014 08:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yaxın zamanlarda Müəllif Hüquqları Agentliyində muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub saxlanılan mədəni irs və digər əqli mülkiyyət nümunələri haqqında məlumatların mərkəzləşdirilmiş qaydada rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və beynəlxalq mübadiləsinin təşkili məqsədilə xüsusi sistem işə başlayacaq.

APA-nın xəbərinə görə, bu məlumat Müəllif Hüquqları Agentliyinin 2013-cü ilin yekunlarına dair açıqladığı hesabatda öz əskini tapıb.

Hesabatda bildirilir ki, agentlik 2009-cu ildən başlayaraq ardıcıl və sistemli şəkildə erməni plagiatının ifşasına həsr olunan beynəlxalq və milli seminarlar, simpoziumlar, elmi-praktik konfranslar keçirir. 2013-cü ildə Azərbaycan folklor nümunələri və müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması faktları barədə beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilib. “AzərTAC”, APA, “1news.az”, “Day.az”, “İnterfax-Azərbaycan” informasiya agentlikləri, müxtəlif yayım kanalları və digər KİV-lər vasitəsilə ermənilər tərəfindən zaman-zaman erməni nümunələri kimi qələmə verilən Azərbaycan xalq mahnıları, xalq rəqsləri, dastanlar, o cümlədən “Dədə Qorqud” qəhrəmanlıq dastanı, milli musiqi alətləri və milli mətbəx nümunələrinin etimologiyası, yaranma tarixi, milli xüsusiyyətləri barədə şərhlər, bəyanatlar və etirazlar bildirilib.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Qeyri-maddi mədəni irsin tərkib hissələrinin qorunub saxlanılması, bu sahədə qanunsuz mənimsənilmələrin və əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin və ənənəvi biliklərin UNESCO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək, milli qanunvericiliyin kompleks şəkildə təkmilləşdirilməsi, müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması, beynəlxalq normativ hüquqi bazanın tətbiqi və inkişafında iştirak təmin ediləcək. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR