“Ermənistanın hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO - VİDEO

“Ermənistanın hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi” mövzusunda elmi-praktik konfrans keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 noyabr 2013 09:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, bu gün su problemi bütün dünya ölkələrini narahat edən əsas məsələlərdən biridir. O deyib ki, içməli su təminatının XXI əsrin əsas probleminə çevrilməsi riski var və o, bəşəriyyətin gələcək inkişaf yolunu müəyyənləşdirən resursdur: “Azərbaycan da bu gün mövcud problemlə üz-üzədir. Lakin bir çox ölkələr sudan terror vasitəsi kimi istifadə edir. Təbii ki, Ermənistan da neçə illər ərzində su ehtiyatlarından hidroterror hadisələri həyata keçirir. Buna qarşı da Azərbaycan hər zaman dünya ictimaiyyəti qarşısında haqq səsini ucaltmalıdır”.

AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov “Regional münaqişələrin yaranmasında su amili” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, BMT-nin məlumatına əsasən bu gün dünya ölkələrinin 40%-i ciddi su çatışmazlığı problemləri ilə qarşılamaqdadır: “Təəssüf ki, Dünya Təbii Su Ehtiyatları İnstitutunun hesabatlarında bu gün transsərhəd suaxarlarından asılı olan 13 ölkə arasında Azərbaycanın da adı var. Planetin arid ərazilərində yağıntının bir qədər azalacağı proqnozlaşdırılır. Azərbaycan ərazisinin 60%-nin arid zona olduğunu nəzərə alsaq, ölkədə sudan düzgün istifadənin nə dərəcədə vacib olduğunu dərk edə bilərik. Artıq bu gün Azərbaycan ərazisində yağıntının miqdarı azalıb, buxarlanma artıb. Belə davam edərsə, müəyyən ekoloji problemlər yaranar. Azərbaycanda şirin su ehtiyatlarına, onların kəmiyyət və keyfiyyət göstəricilərinə regional qonşuların imkanları kontekstindən yanaşmaq lazımdır. Cənubi Qafqazın əsas su resursları Kür və Araz çaylarında cəmlənib”.

AMEA Yer elmləri bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirib ki, Ermənistan transsərhəd su axarlarından Azərbaycana qarşı diversiya məqsədilə istifadə edir.

Milli Məclisin deputatı Rövşən Rzayev “Ermənistanın işğal etdiyi ərazilərdə mümkün hidrodiversiya aktları və onların qarşısının alınması yolları”, AMEA-ın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov “NATO və TACİS proqramları çərçivəsində Kür və Araz çaylarının ekoloji vəziyyəti ilə bağlı Cənubi Qafqaz dövlətlərinin birgə layihələrin nəticələri” mövzularında məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR