Lənkəranda bağlı qapı arxasında köməksiz qalan iki azyaşlı xilas edilib - VİDEO

Lənkəranda bağlı qapı arxasında köməksiz qalan iki azyaşlı xilas edilib - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 16:52 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda valideynin qapını açaraq çölə çıxmasını görən iki azyaşlı uşaq qapını arxadan bağlayaraq evdə köməksiz vəziyyətdə qalıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 20-də saat 16.00 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, bina 19, mənzil 5 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan Samid Nəzərov Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng edərək, iki azyaşlı körpəsinin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat verib. FHN-in Cənub Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar.

Onlar öncə əməliyyat şəraitini qiymətləndiriblər. Məlum olub ki, evdə Məhəmməd və Əli Nəzərov qardaşları köməksiz vəziyyətdə qalıb. Xilasedicilər iki istiqamətdə əməliyyat şəraitini qiymətləndirsələr də, daha əlverişli variantın - beşmərtəbəli binanın damından 4-cü mərtəbəyə daxil olmaq üzərində dayanıblar. Otağa girən xilasedicilər uşaqların qorxudan qışqıraraq ağladıqlarının şahidi olublar. Qapını açan xilasedicilər hər iki uşağı valideynlərinə xəsarət almadan təhvil veriblər.

Qeyd edək ki, uşaqların bağlı qapı arxasında qalmalarına səbəb ananın çölə çıxması nəticəsində uşaqların arxasından qapını bağlaması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR