Azərbaycanda üz və barmaq təsviri məlumatına dair dövlət standartı təsdiqlənib

Azərbaycanda üz və barmaq təsviri məlumatına dair dövlət standartı təsdiqlənib
# 10 oktyabr 2013 15:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra dövlət standartlarını təsdiq edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qurum AZS STB 960-2013 “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir. Ümumi təhlükəsizlik tələbləri”, AZS STB 1175-2013 “Avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmətlər. Xidmət qaydaları”, AZS QOST R 51142-2013 “Məişət xidməti. Bərbərxana xidmətləri. Ümumi texniki tələblər” dövlət standartları və VTTM TKP 5.1.04/OR-2013 “İş və xidmətlərin sertifikatlaşdırılması. Əsas müddəalar” Bərqərar olmuş Təcrübəni əks etdirən Texniki Məcəllə, o cümlədən AZS İSO/İEC 19794-2-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 2: Minutsiya verilənləri”, AZS İSO/İEC 19794-4-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 4: Barmaq təsviri məlumatı”, AZS İSO/İEC 19794-5-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 5: Üz təsvirinin verilənləri” dövlət standartlarını rəsmiləşdirib.

Qeyd edək ki, yeni təsdiqlənmiş AZS İSO/İEC 19794-4-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 4: Barmaq təsviri məlumatı” dövlət standartı bir və ya daha çox barmaq, yaxud ovuc təsviri sahələrindən olan məlumatın saxlanılması, qeydə alınması və oturulması üçün qeydə alınmış məlumatın mübadiləsi formatını müəyyənləşdirir. Belə ki, bu, şəxsin qeydə alınması, yoxlanılması, yaxud eyniləşdirilməsi üçün istifadə oluna bilən barmaq təsviri məlumatının mübadiləsinin məzmununu, formatı və ölçü vahidlərini təyin edir.

Bundan savayı, AZS İSO/İEC 19794-5-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 5: Üz təsvirinin verilənləri” standartı isə bir və ya bir neçə üz təsvirindən və ya üz təsvirlərinin qısa video verilənlərinin axınından informasiyanın saxlanılması, yazılması və ötürülməsi üçün yazı formatlarını müəyyənləşdirir. Bura üz təsvirinin alınması şərtləri, üz təsvirinin fotoqrafiya xüsusiyyətləri, üz təsvirinin rəqəmli təsvir əlamətləri (işıqlandırma, duruş, üz ifadəsi) aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR