Rusiyanın Ermənistandakı hərbi bazasının yerləşmə məntəqələrinin sayı 21-ə çatacaq

Rusiyanın Ermənistandakı hərbi bazasının yerləşmə məntəqələrinin sayı 21-ə çatacaq
# 04 fevral 2014 14:41 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiya hökuməti Ermənistanda Rusiya hərbi bazasının yerləşmə məntəqələrinə dair ikitərəfli sazişin protokolunu təsdiqləyib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Atsik kəndində yerləşən hərbi şəhərciyi Ermənistana qaytaracaq. Eyni zamanda Ermənistan İrəvan və Gümrüdəki iki şəhərciyi Rusiya tərəfinə verəcək.

Beləliklə, Rusiyanın Ermənistandakı hərbi bazasının yerləşmə məntəqələrinin sayı 21-ə çatacaq.

Rusiya müdafiə və xarici işlər nazirliklərinə protokola prinsipial dəyişikliklər edilmədən Ermənistanla danışıqlar aparmaq tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR