“Bank Technique” yeni pul köçürmələri xidmətlərinə qoşulub

“Bank Technique” yeni pul köçürmələri xidmətlərinə qoşulub
# 26 sentyabr 2013 13:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bank Technique” ASC “Visa PersonalPayment” və “MasterCard Money Send” pul koçürmələri xidmətlərinə qoşulub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni xidmətlər “Visa” və “Master Card” ödəmə sistemlərinin kart sahiblərinə, banka gəlmədən, öz aralarında pul köçürmələrini həyata keçirməyə imkan yaradır.

“PersonalPayment” xidməti sayəsində “Bank Technique”in “Visa” kart sahibləri Azərbaycan və bütün MDB ölkələrinin bankları tərəfindən buraxılan “Visa” kartlarına pul köçürə bilərlər.

“MoneySend” “MasterCard” və “Maestro” kart sahiblərinə Azərbaycan və digər ölkələrin (hazırda bu siyahıda olan ölkələr: Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarus, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Kipr, Moldova, Ukrayna, Çexiya, Çernoqoriya, Gürcüstan) bankları tərəfindən buraxılan “MasterCard” kartlarına pul köçürmələrini həyata keçirməyi təklif edir.

“Visa” və “MasterCard” ödəmə sistemlərinin bütün kartlarına sözügedən xidmətlər avtomatik olaraq qoşulur. Bu xidmətlər vasitəsilə köçürmələr ölkə daxilində milli valyutada, ölkədən kənara isə ABŞ dolları ilə aparılır. Sistemlər üzrə ölkə daxilində komisyon haqları 0,25%-dən 0,75%-dək, digər ölkələr üzrə isə 1%-dən, 1,5%-dək dəyişir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR