BQXK təmas xəttində tutulan erməni ilə bağlı Azərbaycanın hakimiyyət orqanları ilə danışıqlara başlayıb

BQXK təmas xəttində tutulan erməni ilə bağlı Azərbaycanın hakimiyyət orqanları ilə danışıqlara başlayıb
# 29 yanvar 2014 08:14 (UTC +04:00)

Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK mandatına uyğun olaraq əlaqədar orqanlarla saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün danışıqlar aparır.

Qeyd edək ki, yanvarın 28-da saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib və düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR