Səhiyyə naziri Balakəndə vətəndaşları qəbul edib

Səhiyyə naziri Balakəndə vətəndaşları qəbul edib
# 20 iyun 2014 21:28 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Balakən Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak ediblər.

Qəbul zamanı sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı ümumilikdə 31 nəfərin müraciəti dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.


Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR