Mingəçevirin sənaye potensialından səmərəli istifadə olunması müzakirə olunub

Mingəçevirin sənaye potensialından səmərəli istifadə olunması müzakirə olunub
# 17 dekabr 2013 16:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Mingəçevirdə bu şəhərin sənaye potensialından səmərəli istifadə olunmasına dair tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbir Mingəçevirin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və mövcud sənaye potensialından səmərəli istifadə olunması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə baş tutub.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Mingəçevirdə fəaliyyət göstərən müəssisələrin rəhbərləri iştirak edib.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf ölkədə özəl sektorun daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafına göstərilən dəstək mexanizmləri, eləcə də AİŞ-in əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və əməkdaşlıq üçün prioritet sahələr barədə təqdimatla çıxış edib. Təqdimatda AİŞ-in sahibkarlara göstərə biləcəyi dəstək mexanizmləri və layihələrdə birgə iştirak imkanları barədə geniş məlumat verilib.

Azpromo-nun rəhbəri Rüfət Məmmədov və Fondun nəzdində fəaliyyət göstərən Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı çıxışlarında Azpromo-nun sahibkarlara göstərdiyi dəstək, yerli məhsulların və xidmətlərin ənənəvi və yeni bazarlara çıxarılması imkanları, bu sahədə mövcud prosedurlar barədə məlumat veriblər. Çıxışlarda Azpromo-nun sahibkarların biznes əlaqələrinin daha da genişləndirilməsi, yerli məhsulların xarici bazarlara çıxarılması sahəsində iş adamlarına göstərdiyi dəstək mexanizmləri barədə məlumat verilmiş, sahibkarlar daha sıx əməkdaşlığa dəvət ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR