Kamran İmanov: “Mahnıların müəlliflik hüquqlarının qorunması ilə bağlı beynəlxalq mexanizm yoxdur”

Kamran İmanov: “Mahnıların müəlliflik hüquqlarının qorunması ilə bağlı beynəlxalq mexanizm yoxdur”
# 15 may 2014 09:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Hələlik dünyada mahnıların müəlliflik hüquqlarının qorunması ilə bağlı bir mexanizm yoxdur”. Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentlinin rəhbəri Kamran İmanov deyib.

K. İmanovun fikrincə, əsas məsələ odur ki, hər hansı Azərbaycan mahnısı və musiqi əsəri mənimsənirsə, hər dəfə buna etiraz etmək və bu etirazı əsaslandırmaq lazımdır: “Ancaq dünyada mahnılarla bağlı müəlliflik hüquqlarının qorunması mexanizmi hazırda yoxdur, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı 14 ildir belə bir Konvensiyanın layihəsi üzərində işləyir. Ümidvaram ki, bu Konvensiya bu il qəbul olunacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Müəllif Hüquqları Agentliyi Türkiyənin “Sabah” qəzetində musiqisi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyliyə, sözləri isə böyük şair Əhməd Cavada məxsus “Çırpınırdın Qara dəniz” mahnısının guya erməni şairi Sayat Novaya aid olması barədə verilmiş məlumatla əlaqədar bəyanat yayıb. Türkiyədəki Azərbaycan Baş Konsulluğu bununla bağlı “Sabah” qəzetinə arayış təqdim edib. Bundan sonra “Sabah” qəzeti “Çırpınırdın Qara dəniz” mahnısının erməni şairi Sayat Novaya aid olması barədə məlumatla əlaqədar təkzib yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR