Ukraynanın hakim partiyası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyə bilər

Ukraynanın hakim partiyası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyə bilər
# 21 yanvar 2014 15:21 (UTC +04:00)

Bakı – APA. Ukraynanın hakim partiyasının parlament fraksiyası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyə bilər.

APA – nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Regionlar Partiyası”nın parlament fraksiyası sədrinin I müavini Mixail Çeçetov deyib.

“Əgər belə bir zərurət yaransa, Ukraynanın milli maraqlarından çıxış edərək müvafiq qərarı verəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün mətbuatda Ukrayna parlamentinin növbədənkənar sessiyasının çağırılacağına dair məlumat yayılıb. Həmin məlumatda sessiya zamanı Kiyevdəki son hadisələrlə bağlı ölkədə fövqəladə vəziyyətin elan ediləcəyi bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR