“Nida”çının MTN və Baş Prokurorluğa qarşı iddiası təmin edilməyib

“Nida”çının MTN və Baş Prokurorluğa qarşı iddiası təmin edilməyib
# 31 mart 2014 10:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbayel Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bəxtiyar Quliyevin Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğa qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, məhkəmə iddianı təmin etməyib.

Qeyd edək ki, B. Quliyev hər iki dövlət qurumuna qarşı təqsirsizlik prezumpsiyası və hüququnun pozuntusunun tanınması, həmçinin dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR