Azərbaycanla İnquşetiya arasında bir sıra sənədlər imzalanacaq

Azərbaycanla İnquşetiya arasında bir sıra sənədlər imzalanacaq
# 23 iyun 2014 14:47 (UTC +04:00)

Qəbələ. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan və İnquşetiya arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub. Bu barədə jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Yunus-bek Yevkurov bildirib.

Onu sözlərinə görə, imzalanması nəzərdə tutulan sənədlər mebel istehsalı və tikinti materialları sahəsini əhatə edəcək: “Bildiyiniz kimi, İnquşetiyanın çox keyfiyyətli tikinti materialları var. Biz istəyirik ki, azərbaycanlı mütəxəssislərlə bu istiqamətdə əməkdaşlıq quraq”.

Y. Yevkurov həmçinin qeyd edib ki, tərəflər arasında turizm sahəsində də saziş imzalanacağı gözlənilir.

“Azərbaycanda turizm, xüsusilə xidmət sahəsində kifayət qədər böyük inkişaf var. Biz bu təcrübəni öyrənmək niyyətindəyik”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR