Azərbaycanın xidmətlər balansının mənfi saldosu artıb

Azərbaycanın xidmətlər balansının mənfi saldosu artıb
# 18 sentyabr 2013 08:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında əks etdirilən xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlərin ümumi həcmi 6 123,8 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 4 084,2 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2 039,5 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərin payına düşür.

Beləliklə, xidmətlər balansının saldosu mənfi 2 044,6 mln. dollar olub ki, bu da 2012-ci ilin ilk yarısına nisbətən 15,5% çoxdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 13,8%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 842,2 mln. dollar olan nəqliyyat xidmətlərinin 57,4%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 358,5 mln. təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə mənfi saldo 125,2 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 1,7 dəfə azdır.

Ötən dövr ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 207,7 mln. dollar olub. Öz növbəsində xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 362,3 mln. dollar təkil edib. Nəticədə, turizm xidmətləri üzrə 154,6 mln. dollar həcmində mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 16,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR