Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Oktyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Oktyabr
# 03 oktyabr 2015 17:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

İŞİD-ə qarşı mübarizə. Dünyanın super gücləri Yaxın Şərqdə maraqlarının müdafiəsinə bu ad altında qalxıb. İŞİD-in Əsədə törətdiyi təhlükə Rusiyanın Suriyaya hərbi yardım göstərməsinə bəhanədir. İŞİD-in Suriya və İraqda böyük əraziləri nəzarətə götürməsi Qərbin Suriyada hərbi əməliyyatlar üçün koalisiya formalaşdırmasına əsas oldu. İŞİD-in sərhəd bölgələrdə at oynatması Türkiyəyə öz aqressiv Suriya siyasətini əsaslandırmağa imkan verdi. İŞİD Yaxın Şərqdə bütün qüvvələrə öz maraqlarını təmin etmək üçün meydan açır. Və qurudan, sudan, havadan hücumlara məruz qalan İŞİD öz tərəfdarlarının ruhdan düşməməsi üçün edam aktlarını bərpa etməyə başlayıb. Terror təşkilatı bu gücü haradan alır sualı maraq doğurur? Axı bütün aktyorlar da göz qabağındadır, oynadıqları rollar da. Hər kəs İŞİD-ə qarşı mövqe tutduğunu bəyan edib. Bölgənin tək bir aktorunun səsi çıxmır, harada olduğu bəlli deyil. Söhbət həmişə, hər yerdə olan İsraildən gedir. İsrail bu meydanın hansı hissəsində yer alıb sualının cavabı da bundan əvvəlki cümlədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR