Azərbaycan çempionatında cari mövsümün rekordu vurulub

Azərbaycan çempionatında cari mövsümün rekordu vurulub
# 11 mart 2013 13:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının futbolçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasında mövsümün rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”ın milliləşən almaniyalı legioneri bu rekordunu “Turan”la matçın ilk 23 dəqiqəsində 4 qol vurmaqla reallaşdırıb.

Belə ki, cari mövsümdə 1 oyunda 4 dəfə fərqlənən futbolçular həmin qolların hamısını 1 hissədə vurmamışdı. Görüşün gedişində qol sayını artırmaq imkanı olan Pərdis isə matçın ilk 23 dəqiqəsi ərzində orta hesabla hər 345 saniyəyə 1 dəfə fərqlənib.

Mövsümün gedişində pokerə imza atan oyunçular Junior Nildo və Nikolas Kanales isə 4 qolu vurmaq üçün hər 2 hissədə fərqlənmişdilər. V turun “Qarabağ”la oyununda AZAL-ın braziliyalı legioneri yalnız 77-ci dəqiqədə 4-cü qolunu vurmaqla poker rəsmiləşdirmişdi. O, 19, 49, 59 və 77-ci dəqiqələrdə rəqib qapısına yol tapmışdı.

Elə “Sumqayıt”la oyunda Pərdisin gözləri qarşısında pokerə imza atan Kanales daha gec poker müəllifi olub. 7, 23 və 45-ci dəqiqələrdə qola sevinən çilili 4-cü topunu fasilədən sonra, final fitindən 10 dəqiqə əvvəl pokerini rəsmiləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR