Bakıda İnformasiya Texnologiyaları və Təhlükəsizliyi Standartlarının təşviqi üzrə forum keçirilib

Bakıda İnformasiya Texnologiyaları və Təhlükəsizliyi Standartlarının təşviqi üzrə forum keçirilib
# 06 noyabr 2014 10:12 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün Bakıda İnformasiya Texnologiyaları və Təhlükəsizliyi Standartlarının təşviqi üzrə forum keçirilib.

APA-Economics” xəbər verir ki, Azərbaycan Standartlaşma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki, hazırda ölkəmizdə elektron hökumət və elektron sənəd dövriyyəsinin sürətli inkişaf etdirilməsini, informasiya texnologiyalarının tətbiqinin ölkə iqtisadiyyatına əhəmiyyətinin nəzərə alaraq forumun müzakirə mövzuları “İSO 27000- İnformasiya təhlükəsizliyi”, “İSO 20000 – İnformasiya texnologiyaları idarəetmə sistemləri”, “İSO22301-Proseslərin davamlılığı” standartlarının tətbiqi təcrübəsindən, inteqrasiyasından və üstünlüklərindən ibarət olacaq.

“Azərbaycanda dövlət və qeyri dövlət təşkilatlarında informasiya təhlükəsizliyinin təmin edilməsi və informasiya təhlükəsizliyinin beynəlxalq standartların tələblərinə əsasən qurulması istiqamətində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun Britaniya Standartlar İnstitutu (BSİ) ilə birgə əməkdaşlığı mühüm rol oynayır. İnstitutların birgə həyata keçirdiyi İSO 27001 standartının tətbiqi üzrə təlimlər hazırda bir çox İnformasiya təhlükəsizliyinə dəyər verən təşkilatlara bu sistemin beynəlxalq standartlar əsasında qurulub”, - deyə S. Abdullayev bildirib.

Qeyd edək ki, foruma BSİ-dən mütəxəssislər dəvət olunub.

Hazırda İSO 27001, İSO 20000 və İSO 22301 standartlarının müəllifi BSİ-dir və ən böyük dünya brendlərinin 80%-ni İT təhlükəsizliyi üzrə sertifikatlaşdırılması məhz BSİ tərəfindən həyata keçirilir.

Hazırda İSO 27001 standartı üzrə Azərbaycanda cəmi iki təşkilat - Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi və Vergilər Nazirliyi - sertifikatlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR