Mübariz Qurbanlı: “İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılan abidələrin, məscidlərin ümumi sayı 1000-ə yaxındır” - VİDEO

Mübariz Qurbanlı: “İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılan abidələrin, məscidlərin ümumi sayı 1000-ə yaxındır” - <span style="color: red;">VİDEO
# 18 fevral 2015 08:48 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, bu abidələr işğal olunmuş ayrı-ayrı rayonlarda yerləşir: “Onların içərisində məscidlər, kitabxanalar və mədəniyyət ocaqları var. Dağıdılan abidələr içərisində yalnız müsəlman abidələri deyil, eyni zamanda yəhudi və xristian alban məbədləri də var. Biz məhz bu məsələləri dünya ictimaiyyətinə çatdırmaq istəyirik”.

M. Qurbanlı qeyd edib ki, son zamanlar Azərbaycanın diplomatiyasında bu məsələ öz əksini tapıb: “Azərbaycanın hücum diplomatiyası bu barədə ciddi uğurlar əldə etməkdədir, Heydər Əliyev Fondu da bu istiqamətdə xeyli işlər görməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR