Milli Məclisdə fermer təsərrüfatları üçün daimi dövlət məsləhət xidməti yaradıla bilər

Milli Məclisdə fermer təsərrüfatları üçün daimi dövlət məsləhət xidməti yaradıla bilər
# 19 dekabr 2014 13:01 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Milli Məclisdə fermer təsərrüfatları üçün daimi dövlət məsləhət xidmətinin yaradılması barədə qanun layihəsi hazırlanır.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar Siyasət Komitəsinin eksperti Zahid Abbasov bildirib.

O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılacaq qurumun əsas məqsədi fermer təsərrüfatlarında istehsalın təkmilləşdirilməsi və sahibkarlara yardım göstərilməsi olacaq.

Qanun layihəsinin yaxın zamanlarda komitə səviyyəsində müzakirəyə çıxarılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR