“Azəriqaz”ın göstərdiyi xidmətlərlə bağlı ASAN xidmətə 20 mindən artıq müraciət daxil olub

“Azəriqaz”ın göstərdiyi xidmətlərlə bağlı ASAN xidmətə 20 mindən artıq müraciət daxil olub
# 21 aprel 2015 13:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı ASAN xidmətə müraciət edənlərin sayını açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci rübü ərzində Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzlərinə itirilmiş smart kartların bərpası, qeydiyyatda olan və yerli qaz istismar sahələrində təsdiq olunmuş məcburi köçkün abonentlərinə limitlərin verilməsi, saldonun çap olunması, borc haqqında məlumatın təqdim edilməsi, smart sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və bu tipli sayğacların istismarı ilə bağlı məlumatların verilməsi ilə əlaqədar 20 629 müraciət daxil olub.

Daxil olmuş müraciətlərin hamısı tam icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR