Lermontovun əsərinin XIX əsrdə edilmiş tərcüməsi tapılıb

Lermontovun əsərinin XIX əsrdə edilmiş tərcüməsi tapılıb
# 16 oktyabr 2014 16:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Məşhur rus yazıçısı Mixail Yuryeviç Lermontovun 200 illik yubileyi ərəfəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov şairin “Zəmanəmizin qəhrəmanı” romanının XIX əsrdə Bina Əli bəy Qazi Arif Əfəndizadə tərəfindən edilmiş tərcüməsini üzə çıxarıb.

Əlyazmalar İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tərcümə tədqiqata cəlb edib. 1900-cü ildə tamamlanan və 523 səhifədən ibarət tərcümə “Bizim vaxtın pəhləvanı hekayələrindən” adlanır.

Burada “Maksim Maksimıç”, “Peçorinin dəftərindən”, “Fatalist” hekayələri öz adı ilə getmişsə də, “Bela” hekayəsi “Ziba xanım”, “Knyajna Nuri” hekayəsi “Meri xanım” adı ilə gedib.

Əsər XIX əsr Azərbaycan tərcümə ədəbiyyatının öyrənilməsi baxımından böyük maraq kəsb edir. Romanın tərcüməsindən bir hissə mətbuata təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR