Bank Of Baku

"ASAN xidmət"də Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

"ASAN xidmət"də Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 07 may 2018 15:54 (UTC +04:00)

"ASAN xidmət"də Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, "ASAN xidmət"in sədri Ülvi Mehdiyev bildirib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan inkişaf yoluna qədəm qoyub.

 

Ü. Mehdiyev qeyd edib ki, müstəqil Azərbaycan bir dövlət kimi 1993-cü ildən formalaşmağa başlayıb: "Heydər Əliyevin siyasətini bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Biz gənc nəslə Azərbaycan dövlətinin hansı çətinliklər hesabına qurulduğunu izah etməliyik. Biz Azərbaycan dövlətinin yolunda sədaqətlə çalışmağa davam etməliyik".

 

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, Heydər Əliyev Azərbaycan siyasi tarixində özünəməxsus bir era yaradıb: "Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqları Heydər Əliyev üçün hər şeydən önəmli idi. İstər sovet vaxtı, istərsə də müstəqillik dövründə Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı ölkə bütün sahələr üzrə inkişaf edib. Heydər Əliyev sovet hakimiyyəti dövründə kosmopolit Bakını milli bir şəhərə çevirdi. Bakıda mikrorayonlar salınmağa başladı".

 

Millət vəkili qeyd edib ki, sovet dövründə Heydər Əliyevin Azərbaycan xalqının qarşısında gördüyü ən böyük işlərdən biri Azərbaycan dilinə dövlət dili statusunun verilməsi olub: "90-ci illərin əvvəllərində Azərbaycanda etnik, ideoloji separatizm hökm sürürdü. Ulu öndər bütün bu problemlərin öhdəsindən gəlməyi bacardı".

 

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan gənclərə vəsiqələr təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR