Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun qurulmasına 2035-ci ilədək 10 mlrd. dollar sərmayə yatırılacaq

Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun qurulmasına 2035-ci ilədək 10 mlrd. dollar sərmayə yatırılacaq
# 11 aprel 2013 09:50 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın su təchizatı və kanalizasiya infrastrukturunun qurulması üçün 2035-ci ilədək davam edəcək işlərə ilkin hesablamalara görə təqribən 8 mlrd. manat (təxminən 10 mlrd. dollar) vəsaitin cəlb olunması nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, «Azərsu» bu işlərin həyata keçirilməsi üçün Master Palan hazırlayıb. Bu plana uyğun olaraq 6 min km içməli su xətti, 7 min km kanalizasiya xətləri çəkilməli, kanalizasiya sularını kənarlaşdırmaq üçün təqribən 140 km uzunluğunda tunelin inşa edilməsi, 1,3 mln. kubmetr həcmi olan 80 su anbarının tikintisi, Abşeron yarımadasında ümumi gücü 1,3 mln. kubmetr olan 11 su təmizləyici qurğunun inşası nəzərdə tutulur. Hazırda bu işlərin həyata keçirilməsi üçün Master Plana əsaslanan iş icra proqramları hazırlanır.


Q.Hüseynov vurğulayıb ki, ilk növbədə əsas diqqət əhalinin içməli su ilə təminatına yönəldiləcək. Belə ki, indiyədək görülən işlər nəticəsində əgər ötən il Bakı şəhərinin 49%-i fasiləsiz içməli su ilə təmin olunurdusa, hazırda bu rəqəm 62%-ə çatıb. ASC prezidenti qeyd edib ki, əslində bütün əhalinin fasiləsiz su ilə təmin olunması üçün su kifayət qədərdir. Sadəcə SSRİ dövründə su qıtlığı olduğuna görə, əhalinin su təminatı sistemi də fasiləli rejimə uyğun yaradılıb. Hazırda isə kommunikasiya imkanlarının genişləndirilməsi üçün görülən işlər su təminatını yaxşılaşdırmağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR